Sürət həddini aşan qadın sürücü saxlanıldı

  07 İyul 2020    Oxunub : 2445
Sürət həddini aşan qadın sürücü saxlanıldı
Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsü 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək video çəkib. Daha sonra onu yayımlayıb.
Azvision.az -ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, süjetlə bağlı ətraflı araşdırılma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb.

"Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq olaraq tədbir görülüb".

Azvision.az

Teqlər: Sürücü   Qadın   Polis