Yük avtomobili piyadanı vurub öldürdü

Yük avtomobili piyadanı vurub öldürdü
  07 İyul 2020    Oxunub:2059
Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 6-da saat 21 radələrində Yevlax şəhəri ərazisində Gəncə şəhər sakini N.Abbasov idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə yolu keçən şəhər sakini Vüsalə Mustafayevanı vurub.

Piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti