Sərxoş olan Sumqayıt sakinindən tüfəng götürüldü

  07 İyul 2020    Oxunub : 2144
Sərxoş olan Sumqayıt sakinindən tüfəng götürüldü
İyulun 5-də Sumqayıt şəhəri 9-cu mikrorayonun ərazisində şəhər sakini V.Abbasov sərxoş halda ov tüfəngi ilə Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, V.Abbasov 3-cü Polis Bölməsinə təhvil verilib. .

Ondan 1 ədəd müvafiq sənədləri olan ov tüfəngi, 5 ədəd patron, 1 ədəd bıçaq götürülüb.

Azvision.az

Teqlər: DİN