Yük avtomobilində dərman aşkarlandı

  07 İyul 2020    Oxunub : 1596
Yük avtomobilində dərman aşkarlandı
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Baş İdarənin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında gömrük nəzarətinə bəyan edilməyən 606 ədəd müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK