Liftdə köməksiz qalan 6 nəfər xilas edildi

Liftdə köməksiz qalan 6 nəfər xilas edildi
  07 İyul 2020    Oxunub:2150
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nizami və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: Lift   FHN   Xilasetmə  





Xəbər lenti