Prokurorluq sosial şəbəkələrdə - VİDEO

Prokurorluq sosial şəbəkələrdə -    VİDEO
  06 İyul 2020    Oxunub:3202
Məlumat mübadiləsi zamanı kütləvi informasiya vasitələri kimi, sosial media vasitələri də əhəmiyyətli rola malikdir. Sosial media hesabları vasitəsilə insanlar məlumatları paylaşmaqla yanaşı, həm də bir-biri ilə ünsiyyət qura bilirlər. Bu gün ən məşhur və aktiv sosial media vasitələrindən biri sosial şəbəkələr hesab edilir.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, bu məqsədlə prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib.

Səhifələrdə daimi olaraq prokurorluq orqanlarının fəaliyyətinə dair informasiyalar çevik və operativ olaraq paylaşılacaq. Səhifələrin zamanın tələbinə uyğun olaraq vizual və texniki baxımdan gücləndirilməsi məqsədilə işlər davam etdirilir.

Məlumatlandırıcı qısa videoçarx təqdim olunur.



Azvision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti