“Fairmont Baku”da jurnalistləri təhqir edən şəxs həbs olundu

 “Fairmont Baku”da jurnalistləri təhqir edən şəxs həbs olundu
  06 İyul 2020    Oxunub:4728
Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" otelində istirahət edən zaman jurnalistləri təhqir edən 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.
Azvision.az -ın məlumatına görə, İ. Babayev barəsində toplanan materiallar baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Azvision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti