Maşın qaçıran keçmiş məhkum tutuldu

Maşın qaçıran keçmiş məhkum tutuldu
  06 İyul 2020    Oxunub:2669
Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Bakı şəhər sakini E.Xəlilov iyulun 4-də rayon ərazisindən “KIA” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti