“Əgər yoluxsam, mənə rəhm etməyəcək” - Tanınmış diktor
"Səhhətim pis deyil. Neçə müdətdir ki, artıq çölə çıxmıram. Həm yaşım çoxdur, həm də xəstəliyim var. Əgər yoluxsam, virus mənə rəhm etməyəcək. Ona görə də deyirəm, havanı balkonda alım, amma sağlam olum.
Boş vaxtlarımda qəzet oxuyuram, krossvord həll edirəm, televizora baxıram. Arada qohumlar, dostlar zəng edirlər. Qızımın sayəsində yaxşıyam, birgə yaşayırıq. O, mənə ana qayğısı göstərir.
Cavanlar istirahətə, səyahətə gedə bilməməkdən şikayətlənir, amma mənim xüsusi bir istəyim, arzum yoxdur. Yaşlı adamam, virus mənim hansı planımı pozacaq ki? Hərdən həyətə düşüb kişilərlə domino, nərd oynayırdım. Amma indi onu da edə bilmirəm.
İnsanlarımız səbrli olsunlar. Dövlət xalqı düşünür, ona görə də xalq da qayda-qanunlara əməl eləsin. Elə etsinlər ki, yoluxma getdikcə azalsın. Bu qədər ömür sürmüşəm, ağlıma da gəlməzdi ki, əvvəllər haqqında eşitdiyimiz hansısa virus bizə tərəf gələcək. Kim gözləyərdi ki?! Birdən-birə çıxdı, belimizə ağırlıq, başımıza daş saldı".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: SabirƏləsgərov Diktor