Tərtərdə Gəncə sakinindən narkotik götürülüb

Tərtərdə Gəncə sakinindən narkotik götürülüb
  06 İyul 2020    Oxunub:2706
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Gəncə şəhər sakini sakini Hüseyn Nağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən və əlindəki politelin torbalardan çəkisi 1 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti