Koronavirusa bir gündə 203 mindən çox insan yoluxdu
Hesabata əsasən, ötən sutka ərzində 203 min 836 nəfər yeni növ koronavirusa yoluxub, 5195 pasiyent dünyasını dəyişib.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.
Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 11 milyon 464 min 471, pandemiya qurbanlarının sayı isə 535 min nəfərdən çoxdur.
Azvision.az
Teqlər: ÜST Koronavirus