Türkiyədə 180 mindən çox insan koronavirusdan sağalıb

  05 İyul 2020    Oxunub : 2976
   Türkiyədə 180 mindən çox insan koronavirusdan sağalıb
Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1148 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5225, virusa yoluxanlar isə 205 min 758 nəfərə çatıb.

Türkiyədə indiyədək 180 min 680 xəstə (son sutkada 1188 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus   Pandemiya