Bakı polisi məşhur hoteldə əməliyyat keçirir - VİDEO

  05 İyul 2020    Oxunub : 15446
 Bakı polisi məşhur hoteldə əməliyyat keçirir -  VİDEO
"Fairmont Baku" hotelində karantin rejimi qaydalarını pozanlara qarşı əməliyyat keçirilir.
Azvision.az xəbər verir ki, hazırda polis əməkdaşları karantin qaydalarına əməl etməyən vətəndaşları müəyyənləşdirir. Həmin şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, adıçəkilən hoteldə karantin qaydalarına zidd olaraq hovuz müştərilərin istifadəsinə verilib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.



Azvision.az

Teqlər: Hotel