Koronavirusa yoluxan alim xəstəxanaya yerləşdirildi

 Koronavirusa yoluxan alim xəstəxanaya yerləşdirildi
  05 İyul 2020    Oxunub:4909
Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə deputat Qənirə Paşayeva məlumat yayıb.

Onun sözlərinə görə, koronavirusa yoluxan alimin vəziyyəti nəzarətə götürülüb:

"Bir az əvvəl elmlər doktoru, professor, dəyərli ziyalı İdris Abbasovla danışdıq. Artıq "Yeni Klinika"dadır. Xəstəxananın rəhbəri Pərviz müəllimlə də geniş müzakirə etdik. İdris müəllimin sağalması üçün əllərindən gələn bütün tibbi dəstəyi göstərəcəklərini, müalicənin yüksək səviyyədə aparılacağını söylədi. İdris müəllimin həyat yoldaşı da 1 saat içində xəstəxanaya yerləşdiriləcək. TƏBİB və Təcili Tibbi Yardımın rəsmiləri ilə danışdıq, sağolsunlar dəstək göstərdilər. İnanırıq ki, İdris müəllim və xanımı qısa zamanda sağlamlıqlarına qovuşacaqlar".



Azvision.az


Teqlər: Alim   Koronavirus  





Xəbər lenti