ABŞ-da bir gündə 45 mindən çox yoluxma qeydə alındı

   ABŞ-da bir gündə 45 mindən çox yoluxma qeydə alındı
  05 İyul 2020    Oxunub:3385
ABŞ-da son sutka ərzində 45 283 nəfər koronavirusa yoluxub, 242 xəstə dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək 2 milyon 839 min 917 nəfər koronavirusa yoluxub, 130 mindən çox ölüm faktı qeydə alınıb.

Birləşmiş Ştatlar yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.

Azvision.az



Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti