542 maşın postlardan geri qaytarıldı

   542 maşın postlardan geri qaytarıldı
  05 İyul 2020    Oxunub:4094
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son bir gün ərzində karantin postlarından geri qaytarılan avtomobillərin sayını açıqlayıb.
İdarədən Azvision.az -a bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 55-i rayon, 71-i paytaxt istiqamətinə olmaqla 126, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 43-ü rayon, 92-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 153-ü rayon, 128-i paytaxt istiqamətinə olmaqla 281 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 542 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az


Teqlər: Polis   Post   Maşın   Karantin  





Xəbər lenti