Rusiyada daha 6736 nəfər COVID-19-a yoluxdu

   Rusiyada daha 6736 nəfər COVID-19-a yoluxdu
  05 İyul 2020    Oxunub:4104
Rusiyada son sutka ərzində daha 6736 nəfər yeni növ koronavirusa yoluxub, ölkə üzrə aşkar edilmiş yoluxma hallarının sayı 681 min 251-ə yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gündə 134 xəstə virusdan ölüb.

Rusiyada pandemiya qurbanlarının ümumi sayı 10 min 161 nəfərdir. İndiyədək 450 min 750 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  





Xəbər lenti