İstirahət mərkəzində ad günü keçirən qadınlar saxlanıldı

  İstirahət mərkəzində ad günü keçirən qadınlar saxlanıldı
  05 İyul 2020    Oxunub:21757
Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onların diqqətinə çatdırılıb ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Azvision.az


Teqlər: Karantin   Ad-Günü   Polis   Qadın  





Xəbər lenti