İspaniyada 200 mindən çox sakini olan bölgə karantinə alındı

 İspaniyada 200 mindən çox sakini olan bölgə karantinə alındı
  04 İyul 2020    Oxunub:5550
İspaniyanın Kataloniya Muxtar Vilayətinin Seqria bölgəsi koronavirus infeksiyasının yayılmasına görə bağlanıb.
Azvision.az xəbər verir ki, bu gündən Seqriya bölgəsinə giriş-çıxış məhdudlaşdırılıb. Ərazidə 209 minə yaxın insan yaşayır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni növ koronavirusu pandemiya elan edib. Hazırda dünyada virusa yoluxanların sayı 11 milyonu keçib, yarım milyondan çox insan pandemiyanın qurbanı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti