Koronavirusa yoluxmanın yaş faizləri açıqlandı

 Koronavirusa yoluxmanın yaş faizləri açıqlandı
  03 İyul 2020    Oxunub:3617
Azərbaycanda koronavirusa yoluxmanın yaş faizləri açıqlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində bildirib.
Onun sözlərinə görə, 0-9 yaş arası virusa yoluxma 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16%, 70-79 yaş arası 4%, 80 yaşdan yuxarı isə 2 % təşkil edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yoluxma   Statistika  





Xəbər lenti