Bərdədə maskadan istifadə etməyənlər cərimələndi

Bərdədə maskadan istifadə etməyənlər cərimələndi
  03 İyul 2020    Oxunub:3480
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində görülən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olması vətəndaşların diqqətinə çatdırılıb.

Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Kafe, restoran və çayxanalarda keçirilmiş reydlər nəticəsində 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələr tətbiq edilib.

Azvision.az



Teqlər: Bərdə   Maska  





Xəbər lenti