Yolu keçən piyadanı maşın vurub öldürdü

  03 İyul 2020    Oxunub : 1934
Yolu keçən piyadanı maşın vurub öldürdü
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, iyulun 2-də saat 21 radələrində Xəzər rayonunun Binə Atçılıq qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Yaşar Şirinovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza   Bakı