Ermənistanda hakimlə polislər arasında insident

Ermənistanda hakimlə polislər arasında insident
  03 İyul 2020    Oxunub:2620
Ermənistanın konstitusiya Məhkəməsi binasının girişində insident baş verib.
Azvision.az xəbər verir ki, hakim Qrant Nazaryan Konstitusiya Məhkəməsinin binasına daxil olmaq istəyərkən polis əməkdaşları ona mane olub.

“Diqqəti çəkən məqam odur ki, Konstitusiya Məhkəməsinin mühafizəsi adətən sıravi və kiçik polis məmurları tərəfindən həyata keçirilir. Lakin bu gün naməlum səbəblərə görə yüksək vəzifəli zabitlər, o cümlədən müvafiq polis alayının komandiri, polkovnik Qraçya Zatikyan orada olub və hakimin Konstitusiya Məhkəməsinin binasına girməsini qadağan edib.

Öz növbəsində, Nazaryan qanuni fəaliyyətini qadağan edən əsaslandırma və ya yazılı sənəd tələb edib. Polis belə bir sənəd təqdim edə bilməyib və rəhbərliyin şifahi əmrinə istinad edib", - Ermənistan KİV-ləri yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti