“Nəvələrimi görmək üçün iki saatlıq icazə alıram” - Xalq artisti
Tanınmış tarzən bildirib ki, karantin günlərini Binə kəndində keçirir: "Binədə ata -baba yurdundayam, kənddə dincəlirəm. Qardaşlarım da qonşuluqda yaşayır. Onların ailəsi mənə məişət məsələlərində kömək edirlər. Uşaqlar, nəvələr şəhərdədirlər. Nadir hallarda, çox ehtiyac yarandıqda şəhərə gedirəm. 70 yaşım var, yoluxma riskim çoxdur. Özümdən qorxmuram. Mən ömrümü sürmüşəm, amma virusa yoluxsam, uşaqlarıma, nəvələrimə də keçirə bilərəm. Onların həyatını təhlükəyə ata bilmərəm. Kənddə başımı qatıram.Tar çalıram, kitab oxuyuram. Sənət dostlarımla da daima əlaqə saxlayıram. Belə bir dövrdə gərək sənət adamları bir-birindən xəbər tutsun. Heç olmasa yaşlı nəslin vəziyyətini biləsən. Mən onlarla, onlar da mənimlə maraqlanırlar".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: AğasəlimAbdullayev