Bu yolda hərəkət 2 günlük məhdudlaşdırılır

  03 İyul 2020    Oxunub : 1895
Bu yolda hərəkət 2 günlük məhdudlaşdırılır
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 04 və 05 iyun tarixlərində “3-cü mikrorayon” dairəsi üzərindən keçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Azvision.az

Teqlər: AAYDA   Yol