Azvision.az DİN-ə istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qarazəncir kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.
S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kiloqram 935 qram heroin, 462 qrama yaxın tiryək və 985 qram metamfetamin aşkar edilərək götürülüb.
Azvision.az