Kim Çen In: “Ölkəmizdə koronavirus yoxdur”

  Kim Çen In:  “Ölkəmizdə koronavirus yoxdur”
  03 İyul 2020    Oxunub:3024
Şimali Koreya lideri Kim Çen In hakim İşçi Partiyasının siyasi bürosu sayəsində koronavirusun ölkəyə daxil ola bilmədiyini bəyan edib.
Azvision.az “Korea Central News Agency”yə istinadən xəbər verir ki, Kim Çen In təhlükəli virusun yayılmasının qarşısının alındığını və qlobal sağlamlıq böhranına baxmayaraq, sabit epidemiya vəziyyətinin qorunub saxlandığını deyib.

Şimali Koreya lideri bu böyük müvəffəqiyyəti ölkə rəhbərinin uzaqgörən siyasəti, partiyanın Mərkəzi Komitəsinin göstərişlərinə koreyalıların anlayışla yanaşmasının nəticəsi adlandırıb.

Eyni zamanda, o, vətəndaşları “mümkün qədər ayıq” olmağa və epidemiyanın qarşısını almağa yönəlmiş tədbirləri zəiflətməməyə çağırıb, çünki qonşu ölkələrdə təkrar yoluxma meyli mövcuddur.

Xatırladaq ki, Kim Çen In 2016-cı ildə VII qurultayda İşçi Partiyasının sədri seçilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İşçiPartiyası  





Xəbər lenti