Baş Prokurorluğun mətbuat katibi videokonfrans keçirdi

Baş Prokurorluğun mətbuat katibi videokonfrans keçirdi
  03 İyul 2020    Oxunub:1971
İyulun 2-də Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” birgə lahiyəsi çərçivəsində “Məhkəmə sistemi üçün kommunikasiya strategiyası” mövzusunda videokonfrans rejimində Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Avropa Şurasının Bakıdakı Ofisinin nümayəndəsi, layihənin rəhbəri Vəfa Rövşənova və Avropa Şurasının milli eksperti Leyla Mədətli arasında görüş keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Baş Prokurorluğun Mətbuat xidmətinin kommunikasiya strategiyasında maraqları, mətbuat sahəsi üzrə müvafiq qanunvericilik və təlimatlar, o cümlədən digər hakimiyyət orqanları ilə birgə əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbir zamanı həmçinin, prokurorluq orqanlarının informasiya siyasəti, o cümlədən media əlaqələri ətrafında diskussiyalar olub, kommunikasiya sahəsində güclü və zəif tərəflər, imkanlar və təhlükələr ilə əlaqədar geniş müzakirələr aparılıb.

Azvision.az


Teqlər: Baş-prokurorluq  





Xəbər lenti