Ermənistanda koronavirusa yoluxanların sayı 27 mini keçdi

 Ermənistanda koronavirusa yoluxanların sayı 27 mini keçdi
  03 İyul 2020    Oxunub:1934
Ermənistanda son sutka ərzində daha 662 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 27 320 nəfərə çatıb.

Son sutkada 10 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 469 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 15 484 nəfərdir. Koronavirusa yoluxub, digər xəstəliklərdən ölənlərin sayı 156 nəfərdən çoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti