Ukraynada yüzlərlə uşaqda COVID-19 tapıldı

Ukraynada yüzlərlə uşaqda COVID-19 tapıldı
  03 İyul 2020    Oxunub:1616
Ukraynada son sutka ərzində daha 86 nəfər koronavirusa yoluxub. Onlardan 82-si uşaq, 105 nəfəri tibb işçisidir.
Azvision.az Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 46 min 763 nəfərdir.

İndiyədək 2870 uşaq, 6243 tibb işçisində virus aşkarlanıb.

Koronavirus qurbanlarının sayı isə 27 nəfər artaraq 1212-yə çatıb, 20 min 558 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti