Koronavirusa yoluxanların sayı 11 milyonu keçdi - YENİLƏNİB

Koronavirusa yoluxanların sayı 11 milyonu keçdi -  YENİLƏNİB
  03 İyul 2020    Oxunub:20888
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 11 milyon 5961 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda pandemiya qurbanlarının sayı 524 min 481 nəfərdir.

İndiyədək 6 milyon 166 min 419 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb. Son günlər koronavirusa yoluxma və ölüm sayında ciddi artım müşahidə edilir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti