Çin Honkonqa milli təhlükəsizlik müşaviri təyin edib

Çin Honkonqa milli təhlükəsizlik müşaviri təyin edib
  03 İyul 2020    Oxunub:2388
Çinin Dövlət Şurası Luo Huiningi ölkənin Honkonda yeni Milli Təhlükəsizlik Komitəsinin müşaviri təyin edib.
Azvision.az xəbər verir ki, komitə iyunun 30-da qüvvəyə minən Honkonqun Milli Təhlükəsizlik Qanununa uyğun olaraq yaradılıb.

"Honkonq xüsusi inzibati bölgəsinin Milli Təhlükəsizlik Qanununun müddəalarına uyğun olaraq, Dövlət Şurası iyulun 3-də Luo Huiningi komitəyə təhlükəsizlik müşaviri təyin edilməsi haqqında qərar verib”, - deyə Sinxua agentliyinin məlumatında bildirilib.

Luo Huining 1954-cü ildə anadan olub, 2016-cı ilin iyunundan 2019-cu ilin noyabr ayına qədər Şensi əyalətində partiya komitəsinə rəhbərlik edib. 2020-ci ilin yanvarında Honkonqda Çin mərkəzi hökumətinin kansler idarəsinin başçısı təyin edilib.

Xatırladaq ki, komitə vəziyyəti təhlil edəcək, işləri planlaşdıracaq və Honkonqun milli təhlükəsizlik siyasətini formalaşdıracaq. Eyni zamanda, bölgənin milli təhlükəsizliyini təmin etmək üçün hüquq sisteminin və icra mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi istiqamətində çalışacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti