Milli Qəhrəmanın şəhadət günüdür

Milli Qəhrəmanın şəhadət günüdür
  03 İyul 2020    Oxunub:2223
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun şəhid olduğu gündür.
Azvision.az xəbər verir ki, Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.

O, 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalı Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb işləməyə başlayıb. 1992-ci ilin martında könüllü olaraq Milli Orduya yazılıb, Goranboy, Ağdərə istiqamətlərində döyüşlərdə şücaətlə vuruşub.

K.Rəhimov 1992-ci il iyulun 3-də Ağdərə yaxınlığında gedən döyüşdə şəhid olub. 1994-cü il sentyabrın 16-da ona Milli Qəhrəman adı verilib. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək k, Bakının küçələrindən biri onun adını daşıyır. Paytaxtda adına park salınıb, büstü qoyulub.



Azvision.az


Teqlər: Milli-Qəhrəman  





Xəbər lenti