AzTV-nin baş redaktoru koronavirusdan vəfat edib

   AzTV-nin baş redaktoru koronavirusdan vəfat edib
  03 İyul 2020    Oxunub:4563
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Etibar Babayev koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl AzTV-nin rejissoru Samir Nemətzadə də COVID-19 virusundan dünyasını dəyişib.

Azvision.az


Teqlər: AzTV  





Xəbər lenti