Türkiyədə koronavirusa yoluxma sayı 202 mini ötdü

   Türkiyədə koronavirusa yoluxma sayı 202 mini ötdü
  03 İyul 2020    Oxunub:2894
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1186 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5167, virusa yoluxanlar isə 202 min 284 nəfərə çatıb.

Türkiyədə indiyədək 176 min 695 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti