Ceff Bezosun sərvəti rekord səviyyəyə çatıb

 Ceff Bezosun sərvəti rekord səviyyəyə çatıb
  02 İyul 2020    Oxunub:3186
Dünyanın ən varlı adamı, Amerikanın “Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun sərvəti 171,6 milyard dollara çatıb, bu da iş adamı üçün rekord göstəricidir.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Milyarderin sərvətinin artıması dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan “Amazon”da səhmlərin dəyərinin bahalaşması ilə əlaqədardır. Belə ki, səhmlər 4.4% artaraq 2 878.7 dollara çatıb.

Agentliyin məlumatına görə, təkcə 2020-ci ilin birinci yarısında iş adamı 56,7 milyard dollar sərvət qazanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CeffBezos  





Xəbər lenti