ABŞ-da koronavirusa yoluxma rekord sayda artdı

  02 İyul 2020    Oxunub : 3143
ABŞ-da koronavirusa yoluxma rekord sayda artdı
ABŞ-da son sutka ərzində rekord sayda insan (52 min nəfər) yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Hazırkı artım afroamerikalı Corc Floydun polis zorakılığından ölməsi ilə bağlı keçirilən etiraz aksiyaları ilə əlaqələndirilir.

Belə ki, ABŞ-da indiyədək 2.7 milyon nəfər koronavirusa yoluxub, 130 mindən çox xəstə ölüb. Birləşmiş Ştatlar yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Koronavirus