İranda pandemiya qurbanlarının sayı 11 mini ötdü

 İranda pandemiya qurbanlarının sayı 11 mini ötdü
  02 İyul 2020    Oxunub:2928
İranda son sutka ərzində 2652 nəfər koronavirusa yoluxub, ölkə üzrə ümumi yoluxma sayı 232 min 863-ə yüksəlib.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bir gündə daha 148 nəfər vəfat edib. Pandemiya qurbanlarının sayı 11 min 106 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 194 min 98 nəfər sağalıb. Hazırda 3097 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti