Abşeronda narkotik alverçisi saxlanıldı

  02 İyul 2020    Oxunub : 1817
Abşeronda narkotik alverçisi saxlanıldı
Novxanı sakini narkotiklə tutulub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini Ə.Cavadov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 465 qram marixuana götürülüb.

Azvision.az

Teqlər: Abşeron   Narkotik