Keçmiş məhkum fotoaparat oğurladı

  02 İyul 2020    Oxunub : 2026
Keçmiş məhkum fotoaparat oğurladı
Bakıda oğurluq edən keçmiş məhkum tutulub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisindəki mağazaların birindən 1899 manat dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qasımov saxlanılıb.

Azvision.az

Teqlər: Bakı   Oğurluq