Maşın velosipedçini vurub öldürdü

Maşın velosipedçini vurub öldürdü
  02 İyul 2020    Oxunub:2494
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, iyulun 1-də saat 20 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Qaraxanov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən velosipedçi, paytaxt sakini Elvin Heybətovu vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Yol   Qəza  





Xəbər lenti