Elmar Məmmədyarovun 60 yaşı tamam olur

Elmar Məmmədyarovun 60 yaşı tamam olur
  02 İyul 2020    Oxunub:2894
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun 60 yaşı tamam olur.
Azvision.az xəbər verir ki, bu münasibətlə XİN-in “Twitter” səhifəsində nazirə təbrik mesajı ünvanlanıb.

“Xarici İşlər naziri Elmar Məmmədyarovu 60 yaşı münasibətilə bütün XİN kollektivi adından təbrik edir, ona möhkəm cansağlığı və dövlətimizin maraqlarının layiqincə təmsil olunması naminə məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayırıq!”, - paylaşımda deyilir.

Xatırladaq ki, E.Məmmədyarov 2004-cü ildən Azərbaycanın Xarici İşlər naziridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti