ÜST rəhbəri: Hazırda 141 peyvəndin üzərində işlənilir

  02 İyul 2020    Oxunub : 2635
  ÜST rəhbəri:  Hazırda 141 peyvəndin üzərində işlənilir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Gebreyesus hazırda dünyada koronavirusa qarşı 141 peyvəndin üzərində iş aparıldığını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə onun “Washington Post” nəşrində dərc edilmiş məqaləsində deyilir.

Baş direktor vurğulayıb ki, COVID-19 peyvəndinin hazırlanmasında beynəlxalq əməkdaşlıq vacib rol oynayır.

Onun sözlərinə görə, bu istiqamətdə uğur əldə etmək üçün işlər aylarla davam edə bilər: "Əlbəttə, tam qorunma zəmanəti yoxdur, amma ümid edirik".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19