Ukrayna koronavirusun ikinci dalğasına hazırlaşır

Ukrayna koronavirusun ikinci dalğasına hazırlaşır
  30 İyun 2020    Oxunub:2363
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin qərb bölgələri koronavirusun ikinci dalğasına hazır olmalıdır.
Azvision.az -ın məlumatına görə, Zelenski dövlət qurumlarına tapşırıb ki, ölkənin səhiyyə sistemi istənilən vəziyyətə uyğunlaşmalıdır.

"Bu cür dinamika ilə ikinci dalğaya hazırlaşmaq lazımdır. Hələ də ümid edirəm ki, ən pis ssenaridən yan keçə biləcəyik. Ancaq səhiyyə hər şeyə hazır olmalıdır".

Ukraynanın Baş Nazir Denis Şmıqal isə bildirib ki, hökumət xəstəxanaları ikinci dalğaya hazırlaşdırır və hazırda 3 min xəstə üçün yer var.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti