Xəbər portalının rəhbəri edam olunacaq

 Xəbər portalının rəhbəri edam olunacaq
  30 İyun 2020    Oxunub:2695
İranda xəbər portalının rəhbəri edam cəzasına məhkum edilib. O, xarici kəşfiyyatdan kömək almaqda ittiham olunur.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili deyib.

"Tasnim" agentliyinin yaydığı məlumata görə, hökm hazırda son deyil, təqsirləndirilən şəxs buna etiraz edə bilər.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında İslam İnqilabı Keşikçiləri Korpusu "Amad News" portalının rəhbəri Ruholla Zamın tutulduğunu açıqlayıb. Zam 2017-ci ilin dekabrından - 2018-ci ilin yanvarınadək ölkədə keçirilən etiraz aksiyalarını aktiv şəkildə işıqlandırıb.

Sayt rəhbərinin inqilab əleyhinə fəaliyyətinə görə tutulduğu deyilir. Onun hərəkətlərinin Fransa kəşfiyyatı tərəfindən idarə olunduğu, ABŞ və İsrailin xüsusi xidmət orqanlarından isə dəstək aldığı iddia edilir.

"Assoşeytid Press" agentliyi isə yazı ki, Zam Parisdə sürgündə yaşayıb. Lakin onun necə saxlanıldığı və harada olduğu məlum deyil.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   edam  





Xəbər lenti