Maduro Avropa İttifaqı səfirini ölkədən çıxarır

Maduro Avropa İttifaqı səfirini ölkədən çıxarır
  30 İyun 2020    Oxunub:1840
Venesuela Prezidenti Nikolas Maduro Avropa İttifaqı nümayəndəliyinin rəhbəri İsabel Brilante Pedrosa Karakası tərk etmək üçün 72 saat vaxt verib.
Azvision.az xəbər verir ki, bu barədə Maduro “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, Aİ-nin Venesuelaya qarşı sanksiyaları gücləndirmək qərarından sonra səfir ölkədən çıxmalıdır.

“Aİ-nin səfirinə Karakası tərk etmək üçün 72 saat vaxt verməyi qərara aldım. Avropa tərəfindən müstəmləkəçilik artıq yetər”.

Qeyd edək ki, bazar ertəsi günü Avropa İttifaqı Şurası sanksiyalar tətbiq edilmiş Venesuela rəsmilərinin siyahısını genişləndirib. Siyahıya daha 11 nəfər daxil edilib. İndi "qara siyahı"da 36 nəfərin adı var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsabelBrilantePedros  





Xəbər lenti