Həbsdə olan keçmiş prezident xəstəxanaya yerləşdirilib

  30 İyun 2020    Oxunub : 1513
 Həbsdə olan keçmiş prezident xəstəxanaya yerləşdirilib
On bir il həbs cəzasına məhkum edilmiş Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Atambayev iyunun 29-da səhhətindən şikayətlənib, bundan sonra koronavirus testindən keçib. Lakin nəticəsi mənfi olub. Həmin gün həkimlərin onlayn məsləhətləşməsindən sonra ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bununla əlaqədar olaraq sabiq prezidentin istintaq təcridxanasından stasionar müalicə üçün tibb mərkəzinə köçürülməsi qərara alınıb.

Xatırladaq ki, iyunun 23-də Bişkek məhkəməsi Atambayevi 11 il müddətinə azadlıqdan məhrum edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qırğızıstan