113 ölkənin vətəndaşları Rusiyaya elektron viza ilə gedəcəklər

113 ölkənin vətəndaşları Rusiyaya elektron viza ilə gedəcəklər
  30 İyun 2020    Oxunub:3200
113 ölkənin vətəndaşları 2021-ci ilin yanvarın 1-dən etibarən Rusiyaya elektron viza ilə səfər edə biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Yevgeni İvanov bildirib.

Onun sözlərinə görə, Rusiya hökuməti ölkədə elektron vizanın tətbiqinə başlanılması planını təsdiq edib.

Belə ki, elektron vizadan istifadə edə biləcək ölkələrin siyahısına Türkiyə, Hindistan, Çin, Avropa İttifaqı ölkələri və digərləri daxildir.

Hazırda 60 ölkənin vətəndaşlarının Rusiyaya vizasız gəlmək hüququ var.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti