Belarusda virusa yoluxanların sayı 62 minə yaxınlaşır

Belarusda virusa yoluxanların sayı 62 minə yaxınlaşır
  29 İyun 2020    Oxunub:2285
Belarusda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 315 nəfər artaraq 61 min 790-a çatıb.
Azvision.az Belarusun Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada daha 4 xəstə vəfat edib, ölənlərin ümumi sayı 387 nəfərdir.

İndiyədək ölkədə 992 mindən çox test keçirilib. COVID-19 diaqnozu qoyulmuş 45 213 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti