Ermənistanda 10-dan çox deputat koronavirusa yoluxub

Ermənistanda 10-dan çox deputat koronavirusa yoluxub
  29 İyun 2020    Oxunub:2815
Ermənistan parlamentinin “Mənim addımım" hakim fraksiyasının üzvü Karen Ambartsumyan koronavirusa yoluxub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun testinin cavabı müsbət çıxıb.

Deputat müayinə olunmaq üçün tibb mərkəzinə yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl hakim fraksiyanın deputatları Viktor Yenqibaryan, Kristina Poqosyan, Tsovinar Vardanyan, Ayk Qevorgyan, Akob Simidyan, Aren Mkrçtyan, “Çiçəklənən Ermənistan” fraksiyasından olan vitse-spiker Vahe Enfiacyan, parlament üzvü İveta Tonoyan və Arman Abovyan koronavirusa yoluxublar.

"Parlaq Ermənistan" fraksiyasının deputatları barədə hələlik məlumat verilmir. Lakin bu fraksiyadan da bir neçə deputatın özünü təcrid etməsinə dair xəbərlər yayılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti